25 Mart 2015 Çarşamba

Tənəffüs sisteminin xəstəlikləri


.
Orqanizmə aldığımız hava vasitəsi ilə müxtəlif xəstəlik törədən mikroblar və toz daxil ola bilər. Tənəffüs yollarına düşmüş bu cür zərərli hissəciklər zərərsizləşdirilir və ya kirpikli epiteli tərəfindən buradan kənar edilir. Lakin bir hissəsi isə müxtəlif xəstəliklər, məsələn, qrip, difteriya, göy öskürək, qızılca, skarlatina, angina, vərəm və s. törədə bilər.

Qrip. Qripin törədicisi müxtəlif növ viruslar olub, xəstə adamların burnundan axan selikdə, onların bəlğəmində və ağız suyunda olur. Odur ki belə xəstələr asqırdıqda, öskürdükdə, yaxından görüşdükdə gözə görünməyən və içərisində milyonlarla mikroblar olan kiçik su damcıları ətraf mühitə yayılır. Bunlar sağlam adamın tənəffüs yollarına düşərək onu qriplə xəstələndirir. Deməli qrip damcı infeksiyalarına aiddir. Qrip infeksiyası cox tez yayılır, buna görə də qripli xəstələri                             
işə və dərsə buraxmaq olmaz. Qripi bir neçe gün davam edən yüngül xəstəlik hesab etmək olmaz.Onun bəzən qorxulu ağırlaşmaları olur. Hər bir qripli adam özünü və ətrafdakıları bu cür tez yoluxan xəstəlikdən qoruya bilər. Bunun üçün bəzi şərtlərə əməl etmək vacibdir.Xəstə adamın qabını,yorğan –döşəyini,dəsmallarını işlətməyin.Qripli xəstələrin yanında olduqda ağızı və burunu dörd dəfə qatlanmış tənzif parçası ilə bağlamaq lazımdır.Öskürdükdə və asqırdıqda ağzınızı və burnunuzu yaylıqla örtün. Belə etdikdə ətrafdakıları xəstəlik yoluxmasından qorumuş olursunuz.Bu cür şəxsi gigiyenaya riayət etməklə qrip epidemiyasının qarşısını almaq olar.

Vərəm. Vərəm xəstəliyi adətən vərəm törədicilərinin ağ ciyərlərə daxil olması nəticəsində baş verir. O ağ ciyərlərə nəfəs aldıqda udulmuş hava ilə bəlğəm damcıları şəklində habelə xəstənin işlətdiyi  qab-qacaqdan,paltardan, dəsmaldan və başqa şeylərdən keçə bilər.Bəlğəm damcıları quruduqdan


sonra vərəm çöpləri tozla birlikdə döşəməyə və otaqdakı müxtəlif şeylərin üzərinə çökür. Toz hissələrinə qarışmış vərəm çöpləri tənəffüs vasitəsilə ağ ciyərlərə düşə bilər.Vərəm nəinki damcı, həm də toz infeksiyasıdır. Vərəm törədiciləri gün düşməyən rütubətli yerlərdə uzun müddət yaşamaq qabilliyyətini saxlayır. Quru, yaxşı günəş işığı düşən yerlərdə vərəm çöpləri çox tez məhv olur.
Antisanitariya şəraiti,rütubətli yerlərdə yaşamaq ,yarımac güzəran keçirmək vərəmin kütləvi şəkildə  yayılmasının başlıca səbəbi ola bilir.Bizim dövrümüzdə əhalinin yaşayış şəraiti yaxşılaşdığı üçün vərəmlə xəstələnənlərin sayı olduqca azalmışdır.Təbabət vərəmin qarşısının alınması və müalicəsində böyük nailiyyətlər əldə etmişdir.Yaşlı adamlar və uşaqlar arasında müntəzəm  dispanser müayinəsi aparılır. Xəstələr xüsusi vərəm dispanserləri və sanatoriyalarında pulsuz müalicə olunurlar.
Vərəm xəstəliyinə tutulmamaq üçün müxtəlif gigiyenik tədbirlərə riayət etmək lazımdır.Bunun üçün kifayət qədər təmiz havada olmaq,fiziki əməklə məşğul olmaq,otağın havasını tez-tez dəyişdirmək,idman, gəzinti, vaxtı-vaxtında və düzgün qidalanmaq lazımdır.

Papiros çəkmək tənəffüs orqanlarına çox pis təsir edir.Papiros tüstüsündə nikotindən başqa orqanizm üçün olduqca zərərli olan 200-ə qədər maddə,o cümlədən dəm qazı, sianid turşusu, benzopiren,his və s. də vardır.Papiros nəinki onu çəkən adam üçün zərərlidir.Hətta onun tüstüsü havaya yayılıb       ətrafdakı adamları da zəhərləyir.Tütün tüstüsü ağız,                                                                                 
burun boşluqlarının,tənəffüs yollarının və gözün selikli qişalarını qıcıqlandırır.Daim baş verən qıcıqlandırıcı təsir selikli qişaların qoruyucu funksiyasını zəiflədir. Buna görə də papiros çəkən adamlar tez-tez soyuqdəymə və infeksion xəstəliklərlə xəstələnirlər.Papiros çəkən adamın ağciyərləri elastikliyini itirir,onun divarları kobudlaşr, buna görə də onların həyat tutumu və ventilyasiyası azalır.Nəticədə orqanizmin oksigenlə təchizi  azalır.Ağ ciyər xərçəngi ilə xəstələnən adamların çoxu papiros çəkən adamlardır. Suda  boğulan ,elektrik cərəyanı vuran,dəm qazından zəhərlənən adamlar nəfəs almır lakin onların ürəyi döyünür. Bu zaman süni tənəffüs vasitəsilə tənəffüs mərkəzinin fəaliyyətini bərpa etmək lazımdır. Süni tənəffüs döş qəfəsini süni surətdə genişləndirib sıxmaqla  ag ciyərlərə ritmik olaraq hava daxil olmasına və oradan havanın xaric olmasına nail olmaqdan ibarətdir. Zərərçəkən adamı xilas etmək üçün ona ilk yardımı göstərdikdən sonra dərhal həkim çağırmaq lazımdır.
Süni tənəffüs hərəkətindən sonra döş sümüyünün  aşagı üçdə bir hissəsini  onurğa sütununa perpendikulyar  istiqamətdə 4-5 dəfə tez-tez təkanla basmalı, sonra  ağ ciyərlərə təzədən   hava  üfürmək  lazımdır. Zərərçəkən  özü  nəfəs  almağa başlayana qədər bu proses bir neçə  dəfə    təkrarlanmalıdır .
Zərərçəkənin  özünə  gəlməsinin  ilk  əlamətlərindən   biri  bəbəklərin daralmasıdır.



1 yorum:

  1. Borgata Hotel Casino & Spa Map & Floor Plans - Mapyro
    View the Borgata Hotel 여주 출장마사지 Casino & Spa Floor Plans, including house values 창원 출장마사지 and 계룡 출장샵 house-building data. 과천 출장샵 Water, 1 m from 청주 출장안마 garage; 15 m from garage; 30 m from

    YanıtlaSil